Bakıda hamilə qadın dənizə atılaraq intihara cəhd edib

Bakıda hamilə qadın dənizə atılaraq intihara cəhd edib
# 01 oktyabr 2022 05:31 (UTC +04:00)

Bakının Səbail rayonu ərazisində intihara cəhd hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Dənizkənarı Bulvar ərazisində baş verib.

2001-ci il təvəllüdlü Həsənbəyova Aysel Samir qızı əri ilə mübahisə edib. Daha sonra o, bulvar ərazisində intihara cəhd etmək üçün dənizə atılıb. O, ətrafda olan şəxslər və xilasedicilərin köməkliyi ilə suda çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, A.Həsənbəyova 6 aylıq hamilədir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR