Bakıda iki avtomobil toqquşub, xanım sürücü xəsarət alıb - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xanım sürücü xəsarət alıb - FOTO - VİDEO
# 17 iyul 2019 02:26 (UTC +04:00)

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Elşən Mehdiyev küçəsində Nəcibə İsmayılov idar etdiyi “Ford” markalı avtomobillə qəfil əyləcə basıb. Bu zaman arxadan gələn “Mitsubishi” markalı avtomobillə hərəkət edən Türkiyə vətəndaşı Burak Taşkın idarə etməni itirərək “Ford”a çırpılıb.
Fordun sürücüsü xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin əməkdaşları cəlb edilib. Qadına ilkin tibbi yardım göstərilib. Sürücülər arasında mübahisə düşüb.

Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR