Bank Of Baku

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 15 aprel 2022 03:09 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Məhəmmədli qəsəbəsində baş verib.

Əsas yolda olan “Vaz-21099” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən “Toyota” markalı avtomobilin sürücüsü maşınla qəfil onun yoluna çıxıb. Toqquşma zamanı “Vaz 21099”da olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR