Bakıda kişi mağazadan çörək alarkən bıçaqlanıb

Bakıda kişi mağazadan çörək alarkən bıçaqlanıb
# 23 yanvar 2023 02:22 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Süleyman Rüstəm küçəsində qeydə alınıb.

1956-ci il təvəllüdlü Əliyev Şöhlət Bəyməmməd oğlu mağazadan çörək alıb evə gedərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR