Bakıda mənzildən 7500 manat oğurlanıb

Bakıda mənzildən 7500 manat oğurlanıb
# 24 noyabr 2022 12:57 (UTC +04:00)

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiriləri ilə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Möhtəşəm Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR