Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR

Bakıda qəzada ikisi polis olmaqla 4 nəfər xəsarət alıb - ADLAR
# 07 fevral 2023 05:28 (UTC +04:00)

Bakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xəstəxananın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

Eldar Hacıyev (polis-sürücü)

Taleh Əlizadə (polis).

“Chevrolet”də olanlar:

Sadiq Abbasov

Arif Məmmədzadə.

Arif Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Saat 03:58

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Balaxanı-Zabrat yolunun kəsişməsində qeydə alınıb.

Belə ki, "Chevrolet Aveo" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilinə çırpılıb.

Qəza üç nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR