Bakıda rabitə kabelini oğurlayan şəxs tutulub - VİDEO

Vasif Ağayev

© APA | Vasif Ağayev

# 12 yanvar 2022 13:37 (UTC +04:00)

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzdən daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib.
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vasif Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR