Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub
# 08 yanvar 2023 09:13 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR