Bakıda səhvən sirkə turşusu içən qadın ölüb.
APA xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü A. M. sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, 2 gün sonra o xəstəxanada ölüb.
Ailə üzvlərinin sözlərinə görə, qadın həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.
Araşdırma aparılır.