Bakıda "Hyundai" markalı avtomobilin sürücüsü qəza törədib - FOTO - VİDEO

Bakıda "Hyundai" markalı avtomobilin sürücüsü qəza törədib - FOTO - VİDEO
# 06 noyabr 2019 03:54 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, İnşaatçllar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "AzSamand" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Hyundai" əks yolda səkiyə çıxıb.

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR