Bakının mərkəzində dənizə düşən şəxsin meyiti çıxarılıb

Bakının mərkəzində dənizə düşən şəxsin meyiti çıxarılıb
# 16 oktyabr 2019 18:24 (UTC +04:00)

Bakıda bir nəfər dənizdə boğulub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR