Balakəndə 4 otaqlı ev yanıb

Balakəndə 4 otaqlı ev yanıb
# 05 yanvar 2023 08:05 (UTC +04:00)

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi ötən axşam saat 21 radələrində Balakən şəhəri Mehdi Hüseynzadə küçəsində, Seyfullah Hizbullah oğlu Qurbanova məxsus, ümumi sahəsi 135 kv/m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR