Bərdədə 65 yaşlı qadına qarşı quldurluq edən dəstə üzvləri tutulub

Bərdədə 65 yaşlı qadına qarşı quldurluq edən dəstə üzvləri tutulub
# 20 avqust 2022 10:20 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şəhər ərazisində tək yaşayan 65 yaşlı qadının evinə daxil olaraq quldurluq cinayəti törədən şəxslər müəyyən edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının əl-qolunun bağlanaraq döyülməsi, evindən nəğd pul və digər əşyalarının quldurluq yolu ilə talanması məlum olub. Qadın polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.

Hazırda faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR