Bərdədə çörək sexində yanğın olub

Bərdədə çörək sexində yanğın olub
# 03 fevral 2023 11:00 (UTC +04:00)

Bərdədə çörəkbişirmə sexində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 m² (1-ci mərtəbəsi 500 m², 2-ci mərtəbəsi 15 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR