Beyləqanda avtomobil aşıb, sürücü ölüb

Beyləqanda avtomobil aşıb, sürücü ölüb
# 25 yanvar 2023 09:06 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə Örənqala qəsəbə ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Həsənov Əhməd İslam oğlu idarə etdiyi "VAZ 21099" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR