BNA: Yasamalda bəzi işıqforların işində fasilə yaranıb

BNA: Yasamalda bəzi işıqforların işində fasilə yaranıb
# 07 yanvar 2022 18:20 (UTC +04:00)

Yasamal rayonunun bəzi ərazilərində - Mətbuat prospekti və A. M. Şərifzadə küçəsində elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi işıqforların işində fasilə yaranıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır: “Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR