BŞBPİ 19 oktyabr mitinqi ilə bağlı xəbərdarlıq edib - VİDEO

BŞBPİ 19 oktyabr mitinqi ilə bağlı xəbərdarlıq edib - VİDEO
  • Clock-gray 18:16
  • calendar-gray 18 Oktyabr 2019

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı xəbərdarlıq edib.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı müsahibəsində bildirib ki, razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verilməyəcək.

APA N.Məmmədxanlının müsahibəsini təqdim edir.

Qeyd edək ki, Milli Şura oktyabrın 19-na metronun "28 May" stansiyasının qarşısına mitinq keçirmək istəyi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. 

Bakı şəhər İcra Hakimiyyəti mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi "Neftçi" İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şuranın Kordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli isə BŞİH-nin qərarı ilə razılaşmadıqlarını və mitinqin həmin tarixdə "28 May" metrostansiyası qarşısında keçirəcəklərini bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date