Bank Of Baku

Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub - YENİLƏNİB

Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub - YENİLƏNİB
# 01 may 2023 18:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi Cəbrayıl rayonunda baş verən mina hadisəsi barədə birgə məlumat yayıb.

ANAMA-dan APA-ya daxil olan məlumatda deyilir ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş sahədə mina partlayışı baş verib. Məlumata əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

***

18.37

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev məlumat verib.

Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR