Cəlilabadda iki yük avtomobili toqquşub, xəsarət alan var

Cəlilabadda iki yük avtomobili toqquşub, xəsarət alan var
# 15 avqust 2022 10:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunda “КamAZ” və “Ford” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Ford” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR