Cəlilabadın sabiq icra başçısının məhkəmə istintaqı başa çatıb

Namiq Zeynalov

© APA | Namiq Zeynalov

# 20 may 2022 14:32 (UTC +04:00)

Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.
APA-nın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər bir sıra vəsatətlər qaldırıb.
Vəsatətlərdən biri mülki iddia qaldırmış şəxslərin məhkəməyə gətirilməsi ilə bağlı olub. Məhkəmə vəsatəti təmin edib.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub.
Proses mayın 27-də davam etdiriləcək.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR