DİN: Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin tutulması üçün tədbirlər görülür - VİDEO - YENİLƏNİB

DİN: Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin tutulması üçün tədbirlər görülür - VİDEO  - YENİLƏNİB
# 18 yanvar 2023 17:35 (UTC +04:00)

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

APA xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib. Araşdırmalarla məlum olub ki, həmin şəxs digər azyaşlıya qarşı da bu məzmunda hərəkətlər edib. Əlavə məlumat veriləcək.

***

12.49

Sosial şəbəkələrdə Bakıda manyakın peyda olması ilə bağlı məlumatlar yayılıb.

APA xəbər verir ki, məlumatlarda manyakın Nərimanov rayonu ərazisində olduğu qeyd olunur. Məlumata görə, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR