“EuroHome”da mağaza sahibi qətlə yetirilib

“EuroHome”da mağaza sahibi qətlə yetirilib
# 18 iyul 2022 19:02 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR