Bank Of Baku

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB - FOTO - VİDEO

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 13 aprel 2022 10:27 (UTC +04:00)

Gəncədə avtomobilin vurduğu piyada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, avtomobil vurması nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü Əkbərov Vüsal Abbasəli oğlunun xəstəxanada öldüyü bildirilir.

Qeyd edək ki, şəhərin Atatürk prospektində qeydə alınıb.

***

10.09

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını piyadanı vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR