Paşha Bank
Bank Of Baku

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - FOTOLENT - VİDEO

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - FOTOLENT  - VİDEO
# 11 oktyabr 2026 10:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində “Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Təlimə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində “köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər” xüsusi vasitələrlə “xilas edilərək” onlara “ilkin yardım” göstərilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR