Gəncədə azyaşlı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə şəhər sakini 2016-ci il təvəllüdlü Z.Zeynalova bel və kürək nahiyəsinin 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal azyaşlıya yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.