Gəncədə baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Gəncədə baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb  - FOTO   - YENİLƏNİB  - VİDEO
# 22 fevral 2022 01:45 (UTC +04:00)

Gəncədə baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı Anar şəxs hadisə yerində ölüb. Xəsarət alanlar 1991-ci il təvəllüdlü Natiq Cəfərov və 1997-ci il təvəllüdlü Hüseyn Sultanovdur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

***

01.00

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bulağa çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 1 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR