Gəncədə həbsxanaya narkotik keçirən şəxsin məhkəməsi başlayır

Gəncədə həbsxanaya narkotik keçirən şəxsin məhkəməsi başlayır
# 13 noyabr 2019 10:37 (UTC +04:00)

Gəncədə həbsxanada olan qardaşına narkotik gətirməkdə təqsirləndirilən Şaban Hüseynlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Kazımovun icraatına verilib.

Qeyd edək ki, Penitensiar xidmətin yaydığı məlumata əsasən əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 234.1-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş Vüsal Müzahir oğlu Hüseynliyə qardaşı Şəmkir şəhər sakini Hüseynli Şaban Müzahir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman “Rexona” markalı kosmetik vasitənin qapağında gizlədilmiş 1,980 qram “Marixuana” aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR