Gəncədə kişi arvadını döyüb

Gəncədə kişi arvadını döyüb
# 18 noyabr 2019 20:06 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Orucova Azadə İlyas qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının yaxınlarının sözlərinə görə, A.Orucovanı həyat yoldaşı möhkəm döyüb. Bundan sonra kişi özünə də xəsarət yetirib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR