Gəncədə minik avtomobillərinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB - FOTO - VİDEO

Gəncədə minik avtomobillərinin toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB  - FOTO  - VİDEO
# 08 sentyabr 2022 00:11 (UTC +04:00)

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı 1999-cu il təvəllüdlü Abdullayev Beydalı Tofiq oğlu ölüb.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ağacanov Rüstəm Silduz oğlu isə xəsarət alıb.

***

07.09.2022

Saat 23:38

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” ilə “VAZ – 2107” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər ölüb,1 nəfər ağır xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR