Gəncədə qadın dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

Gəncədə qadın dəm qazından zəhərlənib, vəziyyəti ağırdır
# 27 yanvar 2022 23:27 (UTC +04:00)

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan küçəsində baş verib.

1989-cu il təvəllüdlü P.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, o, yaşadığı evdə dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR