Gəncədə təcili yardım maşını qəzaya düşüb

Gəncədə təcili yardım maşını qəzaya düşüb
# 27 yanvar 2022 10:17 (UTC +04:00)

Gəncədə təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili "KİA Sorento" markalı minik maşını ilə toqquşub. Daha sonra təcili yardım avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR