Gəncədə yeniyetməni qətlə yetirən şəxs tutulub - YENİLƏNİB-2

Həsən Novruzov

© APA | Həsən Novruzov

# 20 sentyabr 2022 14:58 (UTC +04:00)

Prokurorluq Gəncədə baş verən qətl barədə məlumat yayıb.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, Sentaybrın 20-i saat 06 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

10.58

Gəncədə yeniyetməni qətlə yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1983-cü il təvəllüdlü Mövsümov Azər Abuzər oğlunun törətdiyi məlum olub. O, saxlanılıb.

Bildirilir ki, mərhumun atası Vidadi Novruzovla tanışı Azər Mövsümov arasında mübahisə düşüb. Bu zaman onları sakitləşdirmək istəyən 2005-ci il təvəllüdlü Həsən Novruzov Azər Mövsümov tərəfindən bıçaqlanıb.

Xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan orada ölüb. Faktla bağlı araşdırma aparılır.

***

06.02

Gəncədə bıçaqlanan şəxs vəfat edib.

APA-nın məlumatına görə, o, xəstəxanada dünyasını dəyişib.

***

23.47

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Köhnə maşın bazarı” adlanan ərazisində qeydə alınıb.

2005-ci ildə anadan olmuş Həsən Novruzov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR