Goranboy sakini bıçaqlanıb

Goranboy sakini bıçaqlanıb
# 27 fevral 2023 10:11 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsinə rayonun Meşəli kənd sakini Arzu Məhərrəmovun bıçaqla müxtəlif bədən xəsarətləri alması və rayon xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Məhərrəmovu yaralamaqda şübhəli bilinən rayonun Qaraçinar kənd sakini, 1999-cu il təvəllüdlü Elşad İsmayılov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR