Goranboyda 16 yaşlı qız qaçırılıb

Goranboyda 16 yaşlı qız qaçırılıb
# 18 sentyabr 2019 12:26 (UTC +04:00)

Goranboyda 16 yaşlı qız qaçırılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb.

Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar. Qaçırılan qızın yaxınları hadisə barədə polisə məlumat verib.

Goranboy rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, daxil olan məlumat əsasında əməliyyat-axtarış qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR