Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB
# 21 dekabr 2021 08:16 (UTC +04:00)

Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada 1991-ci il təvəllüdlü Qasımov Elşad Namiq oğlu və 1962-ci il təvəllüdlü Məhərrəmova Təranə Yaqub qızı xəSarət alıb.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib və qəza baş verib.

***

00:03

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR