Göygöldə meşə zolağında yanğın baş verib - FOTO - YENİLƏNİB

Göygöldə meşə zolağında yanğın baş verib - FOTO - YENİLƏNİB
# 22 avqust 2019 01:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöl rayonunun Gəncə kəndi yaxınlığında baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində 0,5 ha sahədə quru ot, kol-kos və bir neçə ağac yanıb.

Yanğın söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

****

21 avqust, saat 21:03

Göygöl rayonunun Gəncə kəndində yerləşən meşə zolağında yanğın qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, yanğın 2 hektardan artıq ərazini əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Bölməsinin 3 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR