Gürcüstanda qəzada ölən azərbaycanlıların adları məlum olub - FOTO - YENİLƏNİB-1

Gürcüstanda qəzada ölən azərbaycanlıların adları məlum olub - FOTO - YENİLƏNİB-1
# 01 iyul 2019 09:14 (UTC +04:00)

Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Xəsarət alan ana və iki azyaşlı övladı əvvəl Saqarecoda yerləşən "Geo-hospital" xəstəxanasına yerləşdirilsələr də, vəziyyətlərinin ağırlığından səbəbi ilə Tbilisidə yerləşən Bokeria adına xəstəxanaya çatdırılıblar. Azyaşlılardan birinin vəziyyəti daha ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.

***

30 iyun, saat 12.17

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.

Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR