Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb

Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb
# 22 oktyabr 2019 09:30 (UTC +04:00)

Hacıqabulda oğurluq hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri Ə.Vahid küçəsi 51 ünvanında yaşayan evin sahibi evindən oğurluq edilməsi barədə DİN-in 102 xidmətinə müraciət edib.

Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Ağaqulu Qulam oğlu saxlanılıb.

Məlum olub ki, narkotik vasitə aludəçisi olan həmin şəxs yuxarıda göstərilən ünvana pəncərədən daxil olaraq oradan ümumi dəyəri 1351 manat olan məişət əşyalarını oğurladığı müəyyən edilib. İstintaq zamanı oğurlanan əşyaların tam məbləğinin 2 min manata qədər olduğu da müəyyən edilib.

Təqsirləndirilən şəxs A.Quliyev barəsində həbs qət imkan tədbiri seçilib.

Oğurlanmış əşyalar satmış olduğu şəxslərdən maddi sübut kimi geri alınıb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR