Hacıqabulda maşın dirəyə çırpılıb, xəsarət alan var

Hacıqabulda maşın dirəyə çırpılıb, xəsarət alan var
# 31 mart 2023 16:47 (UTC +04:00)

Hacıqabulda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Reno” markalı avtomobil idarəetmənin itməsi nəticəsində dirəyə çırpılıb. Nəticədə sürücü, Yevlax sakini, 1996-cı il təvəllüdlü Abdullazadə Məqsəd Etibar oğlu ağır xəsarət alıb. Xəsarət alan şəxs Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR