Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücü ölüb - FOTO - YENİLƏNİB-1

Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücü ölüb - FOTO - YENİLƏNİB-1
# 14 oktyabr 2019 00:08 (UTC +04:00)

Hacıqabulda baş vermiş ağır yol qəzasında xəsarət alan şəxs dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "KamAZ" markalı yük maşınının sürücüsü - Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu xəstəxanada keçinib.

***

Saat 20:49

Hacıqabulda baş vermiş yol qəzasında yük maşınının sürücüsü ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Füzuli rayonunun Qaraxanbəyli kənd sakini, Hüseynov Qəfər Qənimət oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını “Merсedes” markalı minik avtomobilinin üstünə aşıb. Nəticədə “KamAZ” markalı yük maşınının sürücüsü ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

Saat 18:49

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində zəncirvarı qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “KamAZ” markalı yük maşını, “Hyundai” və “Merсedes” markalı minik avtomobilləri toqquşub.

Xəsarət alanlar var.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR