Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb
# 20 iyul 2019 13:53 (UTC +04:00)

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. “Ford Explorer” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR