Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs 20 sutka həbs edilib

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs 20 sutka həbs edilib
# 22 iyul 2022 18:35 (UTC +04:00)

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR