İmişli sakinindən odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlfəli kənd sakini Ə.Zamanovun evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.