Bank Of Baku

İmişlidə yük maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb - FOTO - YENİLƏNİB

İmişlidə yük maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb  - FOTO   -  YENİLƏNİB
# 23 mart 2022 08:42 (UTC +04:00)

İmişlidə baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində - İmişli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub.

Nətcədə “QAZel”in sürücüsü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı aldığı ağır xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

22.03.2022

Saat 16:09

İmişlidə yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində İmişli rayonunun ərazisində qeydə alınıb. "QAZel" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə "QAZel"in sürücüsü ağır xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR