İsmayıllıda 4 maşın toqquşub - FOTO - VİDEO

İsmayıllıda 4 maşın toqquşub - FOTO  - VİDEO
# 31 yanvar 2023 11:46 (UTC +04:00)

İsmayıllı-Qaraməryəm-Şəki yolunda zəncirvarı qəza olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb.

“QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “QAZ-53”-ün sürücüsü yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR