Bank Of Baku

Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB-3

Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb  - FOTO  - YENİLƏNİB-3
# 08 noyabr 2026 14:08 (UTC +04:00)

Şəmkir rayonunun Keçilli kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər noyabrın 7-də saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2002 və 2006-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi və sınıqları diaqnozu qoyulub. Onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir.

2008-ci il təvəllüdlü şəxsə isə IV dərəcəli travmatik şok, kəllə-beyin travması, baş nahiyəsinin çoxsaylı xəsarətləri, alt çənə, bud və baldır sümüklərinin sınıqları diaqnozu qoyulub.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Noyabrın 8-də saat 04:20 radələrində ölüm faktı qeydə alınıb.

***

12:23

Xəbərə fotolar əlavə edilib.

09:18

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində avtomobildə olan sərnişin, 18 yaşlı T.Orucov həyatını itirib.

Hadisə zamanı avtomobilin sürücüsü, 20 yaşlı V.Əmrahov və 24 yaşlı C.Rüstəmov xəsarət alıblar.

Qeyd edək ki, hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

***

08:56

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir.



***

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR