İsmayıllıda traktor aşıb, BDU-nun tələbəsi ölüb - FOTO - VİDEO

Ata Əliyev

© APA | Ata Əliyev

# 06 iyun 2022 10:01 (UTC +04:00)

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacıhətəmli kəndindı qeydə alınıb. Dağlıq ərazidə hərəkət edən otbiçən traktorun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Hacıhətəmli kənd sakini Əliyev Ata Şahin oğlu ölüb. 1972-ci il təvəllüdlü Əhmədov Əfqan Əlixan oğlu ağır xəsarətlər alaraq İsmayıllı Mərkəzi rayon xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlanıb. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Ata Şahin oğlu Əliyev Bakı Dövlət Universitetinin tələbəsidir.

O, BDU-nun SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR