“İST Petrol”un ərazisindəki kafedə tüstülənmə olub

“İST Petrol”un ərazisindəki kafedə tüstülənmə olub
# 15 aprel 2022 10:02 (UTC +04:00)

Bakıda “İST Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən iaşə obyektində tüstülənmə olub.

APA xəbər verir ki, tüstülənmə Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisindəki “Fast Food” kafesinin tüstü borusunda baş verib.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi tüstülənməsinin qarşı iaşə obyektinin əməkdaşları tərəfindən alınıb.

Yanğın qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR