Lənkəranda yol qəza hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran - Boradigah magistralının Lənkəran rayonunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" və "Mercedes - 190" markalı avtomobillər toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və 2002 - ci il təvəllüdlü Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.