Paşha Bank
Bank Of Baku

Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
# 27 sentyabr 2026 02:53 (UTC +04:00)

“Şərtlərimiz bəllidir və Hörmüz boğazının açılması istiqamətində hər hansı irəliləyiş bu şərtlərin yerinə yetirilməsindən asılıdır. Biz bu şərtlərdən geri çəkilməyəcəyik”.

APA xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“İlk reaksiyanı ABŞ Prezidentindən gördük, lakin hələ vasitəçilərdən bizə heç nə çatdırılmayıb. Vasitəçilər vasitəsilə yekun mövqelərin bizə çatdırılmasını gözləyirik və buna əsasən qərar verəcəyik. Düşmənlər bütün yolları sınaqdan keçirdilər; bacardıqları hər yolu getdilər və nəticə əldə edə bilmədilər. Şərəf və ədalətə əsaslanan, İran xalqının hüquqlarını və onların haqlı tələblərini təmin edən danışıqlar yolu ilə əldə olunmuş həll yolundan başqa heç bir yol olmayacaq”, - Əraqçi bildirib.

Mövqelərinin bu olduğunu vurğulayan XİN rəhbəri onu da əlavə edib ki, yalnız danışıqlar yolu ilə əldə olunmuş həll onları bu dalandan çıxara bilər.

O, həmçinin qeyd edib ki, dünyada heç kim İran İslam Respublikasını diplomatiya yolunu sınaqdan keçirməməkdə ittiham edə bilməz.

“Biz heç vaxt diplomatiya və danışıqlar yolunu bağlamamışıq, lakin öz hüquqlarımızdan da heç vaxt geri çəkilməmişik”, - Əraqçi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR